Tibbi personalı meydançaya gətirən elektromobil zədəli futbolçunun ayağının üstündən keçib

Braziliyada gənclər arasında keçirilən futbol matçında kuryoz hadisə baş verib.

"Flamenqo" ilə matçda "Trinidad" komandasının futbolçularından biri zədələnib. Gəl ki, referinin işarəsindən sonra zərərçəkmişə kömək etmək üçün tibbi personalı meydançaya gətirən elektromobil oyunçunun ayağının üstündən keçib.

Sürücünün məsafəni düzgün hesablamaması üzündən baş verən olaya rəğmən, futbolçunu meydançadan çıxarmaq mümkün olub və görüş "Trinidad"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31