Bu il Afrika Millətlər Kubokuna ev sahibliyi edəcək ölkə müəyyənləşib
8 Yanvar 2019 17:02 İdmanMisir 2019-cu il Afrika Millətlər Kubokuna ev sahibliyi edəcək.
Bu barədə Misir Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. Turnir 15 iyun - 13 iyulda baş tutacaq.
Qeyd edək ki, builki yarışı Kamerun təşkil etməli olsa da, ölkə tələb olunan stadionların inşa və yenidənqurmasını başa çatdıra bilməyib. Əvəzində, ötən il Afrika Futbol Konfederasiyası 2021-ci ildə yarışa ev sahibliyi etmək hüququnu Kot dİvuardan alaraq Kameruna verib. Kot dİvuar isə 2023-cü ildə ev sahibi olacaq.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31