Həbib Nurməhəmmədov UFC reytinqində geriləyib

Rusiyalı Həbib Nurməhəmmədov Qaydasız Döyüş Çempionatının (UFC) reytinqində bir pillə geriləyib.

30 yaşlı samboçu üçüncü pilləyə enib. O, yerini ABŞ idmançısı Con Consa verib. İlk sırada isə amerikalı Deniel Kormye qərarlaşıb.

Qeyd edək ki, Konor Makqreqor 9-cu yerdədir. ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC 229 turnirində yüngül çəkidə H.Nurməhəmmədova uduzan irlandiyalı döyüşçü də bir pillə geriləyib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31