Ronaldu daha bir rekorda imza atdı - "İnstaqram"da

İtaliyanın "Yuventus" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldunun "İnstaqram"ını 150 milyondan çox insan izləyir.

32 yaşlı futbolçu "İnstaqram"da 150 milyondan çox izləyicisi olan yeganə insandır.

"İnstaqram"da izləyici sayına görə ikinci yerdə müğənni Selena Qomes (144,5 milyon), üçüncü yerdə isə müğənni Ariana Qrandedir (141,3 milyon).

K.Ronaldudan əlavə "İnstaqram"da futbolçular arasında 100 milyondan çox izləyicisi olanlar Fransanın "PSJ" klubunun braziliyalı hücumçusu Neymar (108,9 milyon) və İspaniyanın "Barselona" klubunun argentinalı hücumçusu Lionel Messidir (105,1 milyon).

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31