Portuqaliya klubu ardıcıl qazandığı qələbələrə görə rekord müəyyənləşdirib
31 Dekabr 2018 14:24 İdmanPortuqaliyanın "Portu" komandası ardıcıl qazandığı qələbələrə görə özünün yeni rekordunu müəyyənləşdirib.
Serjiu Konseysaunun rəhbərlik etdiyi kollektiv buna Liqa Kubokunun qrup mərhələsində "Belenensiş"i 2:1 hesabı ilə məğlub etdiyi matçda nail olub.
Bu, komandanın bütün turnirlər daxil olmaqla ard-arda qazandığı 16-cı qələbədir.
Qeyd edək ki, "Portu" 14 turdan sonra Portuqaliya çempionatında 36 xal toplayaraq ilk pillədə qərarlaşıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31