"Arsenal"ın sabiq prezidenti vəfat edib
28 Dekabr 2018 19:00 İdmanİngiltərənin "Arsenal" klubunun sabiq prezidenti Piter Hill-Vud vəfat edib.
Keçmiş funksioner uzun sürən xəstəlikdən sonra 83 yaşında dünyasını dəyişib. 1962-ci ildən "Arsenal"da çalışan P.Hill-Vud 1982 - 2013-cü illərdə klubun prezidenti olub.
O, postunu səhhətində problem yarandığı üçün tərk edib.
Qeyd edək ki, "Arsenal" cari mövsümdə Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alıb və hər iki oyunda qalib gəlib (3:0, 1:0).
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31