"İnter" - "Napoli" matçından əvvəl iğtişaşda vurulan azarkeş ölüb
27 Dekabr 2018 18:55 İdmanFutbol üzrə İtaliya A Seriyasında XVIII turun "İnter" - "Napoli" oyunundan əvvəl baş vermiş münaqişədən sonra bir azarkeşin dünyasını dəyişdiyi müəyyənləşib.
Matçdan əvvəl avtomobil tərəfindən vurulan və vəziyyəti ağır olan fanat ölüb.
Bundan əlavə, sözügedən qarşılaşmadan əvvəl 4 nəfər bıçaqlanıb.
Qeyd edək ki, oyun "İnter"in 1:0 hesablı qələbəsi ilə nəticələnib. Meydan sahibləri Lautaro Martinesin 90+2-ci dəqiqədə vurduğu qolla qalib gəliblər.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31