AzTU-nun tələbəsi karate üzrə çempion oldu
Karate üzrə XXI Respublika Çempionatı və “Avropa Kəməri” uğurunda Azərbaycanda keçirilən yarışda Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi də iştirak edib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, yarışda AzTU-nun “Avtomatika və kompyuter texnikası” fakültəsinin I kurs tələbəsi Əli Abbaszadə bütün rəqiblərinə qalib gələrək, 7 qat çempion və “Avropa Kəməri”nin sahibi olub.
24 Dekabr 2018 15:30 İdmanKarate üzrə XXI Respublika Çempionatı və "Avropa Kəməri" uğurunda Azərbaycanda keçirilən yarışda Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi də iştirak edib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, yarışda AzTU-nun "Avtomatika və kompyuter texnikası" fakültəsinin I kurs tələbəsi Əli Abbaszadə bütün rəqiblərinə qalib gələrək, 7 qat çempion və "Avropa Kəməri"nin sahibi olub.
AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov çempionla görüşərək, onu təbrik edib və uğurlar arzulayıb.