Hakimə hücuma görə çempionatın oyunları təxirə salınıb
21 Dekabr 2018 14:08 İdmanFutbol üzrə Yunanıstan Super Liqasında bu həftə oynanılması planlaşdırılan XV tur qarşılaşmaları təxirə salınıb.
Səbəb ölkənin FIFA referisi Thanasis Tzilosun evinin qarşısında müəyyən olunmayan şəxslər tərəfindən döyülməsidir. Bildirilib ki, çempionat oyunları qış fasiləsindən sonra keçiriləcək.
Dörd maskalı şəxs hakimə hücum etdikdən sonra hadisə yerindən qaçıb. Başından və ayağından xəsarət alan Tzilos hadisədən sonra xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Yunanıstan Hakimlər Komitəsi həmkarlarına dəstək üçün həftəsonu qarşılaşmalarında iştirak etməməyi qərarı alıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31