Futbol klubunun qapıçısı avtomobil qəzasında ailə üzvləri ilə birgə həlak olub
18 Dekabr 2018 11:25 İdmanBelarusun "Vitebsk" futbol komandasının qapıçısı Andrey Şerbakov həyat yoldaşı və uşağı ilə birgə avtomobil qəzasında ölüb.
27 yaşlı qolkiperin avtomobili yolda əks zolağa çıxaraq, evakuatora çırpılıb. Nəticədə futbolçu, həyat yoldaşı və 6 yaşlı oğlu yerindəcə keçinib.
Şerbakovu hadisə vaxtı maşında olan digər övladı sağ qalıb. Hazırda o, xəstəxanadadır.
Qeyd edək ki, Andrey Şerbakov karyerası ərzində BATE və Belarusun U-21 yığmasında da forma geyinib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31