Azərbaycan kubokunda 1/4 final mərhələsi başa çatdı - NƏTİCƏLƏR

Azərbaycan kubokunda 1/4 final mərhələsinin daha iki oyunu keçirilib.

"Qəbələ" doğma meydanda "Sabah"ı qəbul edib. Görüş "qırmızı-qaralar"ın qələbəsi ilə başa çatıb - 1:0.

Günün digər oyununda "Qarabağ" Azərbaycan kubokunun sonuncu qalibi "Keşlə"ni qəbul edib. Bu komandaların Premyer Liqadakı sonuncu duelində Ağdam klubu böyük hesabla qalib gəlmişdi - 5:1. Kubok matçının taleyini isə 1 qol həll edib. Rahil Məmmədovun 65-ci dəqiqədə vurduğu qol "Qarabağ"a minimal hesablı qələbə qazandırıb.

Qeyd edək ki, komandalar arasında cavab matçı dekabrın 19-da və 20-də oynanılacaq.

Azərbaycan kuboku

1/4 final mərhələsi, ilk oyunlar

16 dekabr (bazar)

14:00. "Qəbələ" - "Sabah" - 1:0

Qol: Filip İvanoviç, 45-avtoqol

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Cəmil Quliyev, İnqilab Məmmədov

Qəbələ şəhər stadionu

19:00. "Qarabağ" - "Keşlə" - 1:0

Qol: Rahil Məmmədov, 65

Hakimlər: Vüqar Həsənli, Namiq Hüseynov, Elşad Abdullayev, Rəşad Əhmədov

Tofiq Bəhramov adına Respublika Stadionu

15 dekabr (şənbə)

19:00. "Neftçi" - "Sumqayıt" - 0:2

Qollar:Əli Babayev, 28-pen, Şəhriyar Əliyev,45+4

Qırmızı vərəqə: Anton Krivotsyuk, 88 ("Neftçi")

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Səbuhi Bayramov

Bakcell Arena.

17:00. "Zirə" - "Səbail" - 1:0

Qol: İlkin Muradov, 45

Reallaşdırılmayan penalti: Mirsahib Abbasov, 79 ("Zirə") - qapıçı

Qırmızı vərəqə: Tome Kitanovski, 33 ("Səbail")

Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Rahil Ramazanov, Kamal Umudlu

Dalğa Arena (Qol.az).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31