Avstraliyalı üzgüçüdən yeni dünya rekordu

Avstraliyalı üzgüçü yeni dünya rekordu müəyyənləşdirib.

Avstraliyalı üzgüçü Ariarne Titmus 400 metr məsafəyə sərbəst üsulla yarışda yeni dünya rekordu müəyyənləşdirib.

18 yaşlı idmançı Çinin Xançjou şəhərində keçirilən dünya çempionatında 3 dəqiqə 53,92 saniyə göstərici ilə qızıl medal qazanmaqla buna nail olub.

Qeyd edək ki, əvvəlki rekord çinli Van Tszyantszyaxeaya məxsusu idi - 3 dəqiqə 53,97 saniyə.

(report.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31