“Ferrari” yeni bolidini təqdim edəcək
14 Dekabr 2018 18:48 İdman"Formula 1" üzrə dünya çempionatının iştirakçısı İtaliyanın "Ferrari" komandası yeni bolidini təqdim edəcək.
Bu barədə komandanın rəhbəri Mauritsio Arrivabene "Motosport"a bildirib. Onun sözlərinə görə, mator sınaqdan keçirilib və bolidin detalları istehsal ərəfəsindədir. Bolid 2019-cu il fevralın 15-də təqdim olunacaq.
2019-cu il mövsümünün test yürüşləri 18 - 21 fevral və 26 fevral - 1 mart tarixlərində İspaniyanın "Barselona" şəhərində keçiriləcək.
Qeyd edək ki, 21 mərhələdən ibarət "Formula 1" üzrə 2019-ci il dünya çempionatı Avstraliyada "Albert Park" trasında başlayacaq və martın 15-17-də olacaq. Təqvimdə dördüncü sırada yer alan Azərbaycan Qran Prisi aprelin 26-28-də baş tutacaq.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31