Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib
14 Dekabr 2018 19:00 İdmanUEFA Çempionlar Liqasında qrup mərhələsinin sonuncu - VI turunun ən yaxşı futbolçusu müəyyənləşib.
İngiltərənin "Mançester Siti" klubunun forvardı Leroy Sane azarkeşlər tərəfindən aparılan sorğuya əsasən ən yaxşı oyunçu adına layiq görüb.
22 yaşlı hücumçu bu nominasiyada Neymar (PSJ, Fransa), Endryu Robertson ("Liverpul", İngiltərə) və Qiymo Oaronu ("Yanq Boyz", İsveçrə) geridə qoyub.
Qeyd edək ki, Leroy Sane VI turda Almaniya "Hoffenhaym"ını 2:1 hesabı ilə məğlub etdikləri matçda hər iki qolun müəllifi olub.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31