"Fənərbağça" Ersun Yanalla rəsmi müqavilə bağlayıb

Türkiyənin "Fənərbağça" futbol komandasına yeni baş məşqçi təyin olunub. 

Ersun Yanalla 1,5 illik illik müqavilə imzalanıb. 

Bu, Yanalın "sarı-lacivərdlilər"ə ikinci dönüşüdür. 57 yaşlı mütəxəssis 2013-2014 mövsümündə "Fənər"i çempion edib. 

Qeyd edək ki, Ersun Yanal Fillip Kokunun istefaya göndərilməsindən sonra baş məşqçi vəzifəsində çalışmış Ervin Kumanı əvəzləyib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31