Fransa çempionatında daha iki futbol matçı etirazlara görə təxirə salınıb

Futbol üzrə Fransa çempionatınınXVIII turu çərçivəsində keçirilməli olan "Nitsa" - "Sent-Etyen" və "Nant" - "Monpelye" qarşılaşmalarının vaxtı dəyişdirilib.

Bu oyunlar müvafiq olaraq dekabrın 14 və 15-i tarixlərində keçirilməli idi.

Matçların keçirilmə tarixləri sonra müəyyən ediləcək. Onların təxirə salınması qərarı son həftələr Fransada yanacağın qiymət artımına qarşı keçirilən etiraz aksiyaları səbəbindən qəbul olunub.

Bundan əvvəl də Fransa çempionatında iki matç tərixə salınmışdı.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31