Polis PSJ klubunun ofisində axtarış aparıb

Fransa polisi PSJ futbol klubunun ofisində axtarış aparıb.

Buna Paris təmsilçisinin futbol akademiyasında irqçi ayrı-seçkiliklə bağlı yayılan iddialar səbəb olub.  

Yerli prokurorluq noyabrın 16-da bu iş üzrə araşdırmaya başlayıb.

Qeyd edək ki, PSJ daha öncə klubun skaut şöbəsinin akademiyaya namizədləri etnik mənsubiyyətinə görə seçildiyini etiraf edib. Fransa qanunları namizədlərin seçimində bu cür məlumatlardan istifadəni qadağan edir. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31