"Arsenal" klubu futbolçularının şənləndirici qazdan istifadə etmələrinə dair xəbərə münasibət bildirib

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi İngiltərə "Arsenal"ı futbolçularının spirtli içki və şənləndirici qazdan istifadə etmələri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi İngiltərə "Arsenal"ı futbolçularının spirtli içki və şənləndirici qazdan istifadə etmələri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

London təmsilçisinin mətbuat xidməti oyunçularla insidentlə bağlı söhbət aparılacağını açıqlayıb. Həmin vaxt onlara klub nümyəndəsi kimi məsuliyyət və vəzifələri xatırladılacaq.

Qeyd edək ki, "The Sun" "Arsenal"ın 12 oyunçusunun gecə klubunda 70-dən çox qızla birlikdə əylənmələrinin görüntülərini yayıb. Futbolçular həmin vaxt şampan, araq və viski içməklə yanaşı, şənləndirici qaz qəbul ediblər. Narkotik tərkibli "Hippy Crack" adlanan şənləndirici qazdan Aleksandr Lyakazett, Henrik Mxitaryan, Pyer-Emerik Obameyanq, Mesut Özil, Sead Kolaşinaç və Matteo Genduzinin istifadə etdiyi bildirilir.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31