Parisdəki etiraz aksiyalarına görə PSJ-nin matçı təxirə salınıb
4 Dekabr 2018 16:05 İdmanFutbol üzrə Fransa Liqasının XVII turunda keçirilməsi planlaşdırılan PSJ - "Monpelye" matçı təxirə salınıb.
Buna paytaxtda baş verən etiraz aksiyaları səbəb olub. Görüşün polisin tələbindən sonra təxirə salındığı bildirilib.
Qeyd edək ki, PSJ - "Monpelye" matçı dekbarın 8-də keçirilməli idi. Komanda dekabrın 6-da XVI tur qarşılaşmasında "Strasburq"un qonağı olacaq.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31