UEFA Millətlər Liqasının final mərhələsinin püşkü atılıb
3 Dekabr 2018 18:18 İdmanUEFA Millətlər Liqasının qalibinin müəyyənləşəcəyi final mərhələsinin püşkü atılıb.
A liqasının qrup qaliblərinin qatıldığı "Dördlər finalı"nın yarımfinalında Portuqaliya - Hollandiya və İsveçrə - İngiltərə cütləri mübarizə aparacaq.
Final mərhələsinin oyunları Portuqaliyada keçiriləcək. 2019-cu il iyunun 5-6-da yarımfinal, iyunun 9-da isə final və 3-cü yer uğrunda görüşlər olacaq.
Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasında yer aldığı D liqasının 3-cü qrupunda 2-ci yeri tutub və pley-offa vəsiqə qazana bilməyib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31