"Neftçi"dən növbəti İNAMLI QƏLƏBƏ

Noyabrın 25-də Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində "Bayıl Arena"da "Neftçi" və "Səbail" komandaları qarşılaşıblar.

Publika.az xəbər verir ki, oyunun favoriti sayılan "Neftçi" ilk dəqiqələrdən rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Qarşılaşmada hesab 41-ci dəqiqədə açılıb. "Neftçi" komandasının kapitanı Emin Mahmudovun cinah ötürməsini çempionatın ən sərrast hücumçusu Baqali Dabo dəqiq zərbə ilə tamamlayıb - 0:1.

Matçın ikinci hissəsinin əvvəlində "Neftçi" hesab arasında fərqi iki topa çatdırıb. 52-ci dəqiqədə səbaillilərin qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsini Emin Mahmudov qola çevirib - 0:2.

Qalan vaxtda hər iki komandalarının cəhdlərinə baxmayaraq, hesab dəyişməyib. Beləliklə, turnir cədvəlinə başçılıq edən "Neftçi" bu qələbə sayəsində Ağdamın "Qarabağ" klubu ilə arasındakı xal fərqini 5-ə çatdırıb.

Xatırladaq ki, turun ilk oyun günündə ağdamlılar doğma meydanda debütant "Sabah" ilə qarşılaşmada gözlənilməz xal itkisinə məruz qalıblar (1:1).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31