Futbol matçında görülməmiş anşlaq - Azərbaycanlı azarkeşlər tribunanı 2 saat əvvəldən doldurdular
25 Noyabr 2018 16:50 İdmanBu gün İran çempionatında Təbrizin şanlı "Traktor Sazi" komandası Tehran təmsilçisi "Persepolis"in qonağıdır.
Publika.az xəbər verir ki, matç Bakı vaxtilə saat 15:30-da "Azadi" stadionunda başlayıb.
Bütün matçlarda olduğu kimi, bu derbidə də Təbriz komandasının azarkeşləri stadionda anşlaqa səbəb olub.
Belə ki, matçın start götürməsinə 2 saatdan çox vaxt qalmasına rəğmən, artıq azərbaycanlı azarkeşlər "Traktor Sazi" tərəfdarları üçün ayrılmış tribundakı yerlərini doldurublar.
Qeyd edək ki, İran liqasının turnir cədvəlində "Traktor Sazi" 22 xalla 3-cü, "Persepolis" isə 20 xalla 4-cü yerdə qərarlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31