Useyn Bolt Maradonanın baş məşqçilik etdiyi komandada çıxış edə bilər
21 Noyabr 2018 16:38 İdmanAtletika üzrə 8 qat olimpiya çempionu Useyn Bolt futbolçu karyerasını Meksikada davam etdirə bilər.
Argentinalı əfsanəvi futbolçusu Dieqo Maradonanın baş məşqçilik etdiyi "Dorados de Sinaloa" klubu 32 yaşlı idmançı ilə müqavilə imzalamağa hazırdır.
Qeyd edək ki, Useyn Bolt Avstraliyanın "Sentral Kost Mariners" futbol klubunun düşərgəsində yer alsa da müqavilə şərtləri ilə razılaşmayıb və komandadan ayrılıb. O, daha öncə Maltanın "Valletta" klubunun da təklifini rədd edib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31