Qara Qarayev: Azərbaycan himni bu qədər fitə basılmamışdı
21 Noyabr 2018 11:41 İdmanAzərbaycan milli komandasının futbolçusu Qara Qarayev Millətlər Liqasının VI turunda səfərdə Kosovoya 0:4 hesabı ilə məğlub olduqları oyundan sonra matç haqqında fikirlərini bölüşüb.
Mətbuat konfransında məğlubiyyətlə yanaşı, kosovolu azarkeşlərin himnimizi fitə basması müzakirə mövzusu olub.
"Heç bir stadionda Azərbaycan himni bu qədər fitə basılmamışdı. Bu yaxşı hal deyil. Bakıya gələndə xalqımız onları normal qarşılayıb. Siyasi məsələlərdən asılı olmayaraq, kosovoluları yaxşı qarşıladıq. Etdikləri hərəkət öz adlarına problem olar. Dövlətini sevən adam başqa himnləri fitə basmaz. Bu hal futbolçularımızı qıcıqlandırdı",- deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31