"Monako"nun vitse-prezidentinin futbolçuların satışından faiz götürdüyü üzə çıxıb
Fransanın "Monoko" klubunun vitse-prezidenti Vadim Vasilyev futbolçuların satışından böyük gəlir əldə edib.
20 Noyabr 2018 16:20 İdmanFransanın "Monoko" klubunun vitse-prezidenti Vadim Vasilyev futbolçuların satışından böyük gəlir əldə edib.
Vasilyev klubdan ayrılan oyunçunun transfer məbləğinin 10 faizinə sahib olub. Beləliklə, vitse-prezident 2015-2016 maliyyə dövrü ərzində 5,3 milyon avro, növbəti dövrdə isə 5,4 milyon avro qazanıb. Cari maliyyə dövrünün yekunları üzrə Vasilyevin transferlərdən daha çox gəlir əldə edəcəyi gözlənilir.
Qeyd edək ki, "Monako" uğursuz çıxışların ardından baş məşqçi Leonardo Jardim ilə yollarını ayırıb və komanda Tyerri Anriyə həvalə olunub. Komanda hazırda 13 turdan sonra Fransa çempionatında 7 xalla 19-cu pillədə qərarlaşıb.
report