PSJ-nin futbolçusu "Barselona"ya keçməyə razılıq verib
20 Noyabr 2018 14:43 İdmanFransanın PSJ klubunun futbolçusu Adrian Rabyo yayda İspaniya "Barselona"sına keçməyə razılıq verib.
23 yaşlı yarımmüdafiəçinin Kataloniya təmsilçisinin nümayəndələri ilə danışığı müsbət yekunlaşıb.
Qeyd edək ki, Rabyo 2012-ci ildən PSJ-də çıxış edir. O, komanda ilə birlikdə 4 dəfə ölkə çempionatının qalibi olub. Yarımmüdafiəçinin Paris təmsilçisi ilə müqaviləsi 2019-cu ilin yayında başa çatacaq.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31