Millimizin SON ŞANSI - YENİLƏNİR
20 Noyabr 2018 08:56 İdmanBu gün Millətlər Liqasında əsas mərhələyə yekun vurulacaq.
Publika.az xəbər verir ki, Azərbaycan millisi də turnirdə son qarşılaşmasına çıxacaq.
D liqasında mübarizə aparan yığmamız səfərdə Kosovo ilə üz-üzə gələcək. Qurban Qurbanovun yetirmələri 3-cü qrupun qalibi adı uğrunda mübarizədə son matçını keçirəcək.
İlk 5 turda uduzmayan komandaların Priştinadakı görüşü 1-ci yerin sahibinin adına aydınlıq gətirməlidi. Kosovodan 2 xal geri qalan millimiz buna nail olmaq üçün mütləq qalib gəlməlidi.
Bu, qitə çempionatının pley-off mərhələsində oynamaq üçün imkan yarada bilər.
Millətlər Liqası. D liqası, 3-cü qrup
VI tur, 20 noyabr
23:45. Kosovo - Azərbaycan
Baş hakim: Benua Millot
Baş hakimin köməkçiləri: Mehdi Rahmouni, Bertrand Juanno
Dördüncü hakim: Bencamin Paje
Əlavə köməkçi hakimlər: Frank Şneyder, Karim Abed (hamısı Fransa)
Hakim-inspektor: Aleksandr Qvardis (Rusiya)
UEFA nümayəndəsi: Antonio Talariko (İtaliya)
Priştina. Fadil Vokrri stadionu
1.
Kosovo
5
3
2
0
11:2
11
2.
Azərbaycan
5
2
3
0
7:2
9
3.
Farer Adaları
5
1
1
3
4:9
4
4.
Malta
5
0
2
3
4:13
2