Türkiyəli futbolçu meydanda öldü
Yaşıl meydanda daha bir faciəvi hadisə yaşanıb.
19 Noyabr 2018 17:39 İdmanYaşıl meydanda daha bir faciəvi hadisə yaşanıb.
Türkiyədə 28 yaşlı futbolçu dünyasını dəyişib. Zonquldaq şəhərinin daxili birinciliyində "Gülüc Belediyespor"un üzvü Miraç Bekdaş "Eleşlespor"la oyunun fasiləsində ürək tutmasından vəfat edib.
Bir azyaşlı övladı olan Bekdaş oyundan öncə yaxın ətrafında sinəsində ağrılar olduğunu deyibmiş.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31