"Barselona" klubu futbolçusuna ultimatum verib

İspaniyanın "Barselona" klubu futbolçusu Usman Dembeleyə qarşı ciddi cəzalar tətbiq edə bilər. 

Klub rəhbərliyi 21 yaşlı hücumçuya ultimatum verib. Buna fransalı oyunçunun intizamsız davranışları səbəb olub. Dembele bu cür davam edəcəyi halda komandadan kənarlaşdırılacaq. 

Bununla yanaşı, Kataloniya təmsilçisi onun yay "transfer pəncərəsi"ndə satış imkanlarını nəzərdən keçirməyə hazırdır. İspaniya nəhəngi bu keçid üçün ən azı 100 milyon avro qazanmağı planlaşdırır. Bildirilir ki, Dembele komandanın bütün məşqlərinə və toplantılarına gecikir. 

Qeyd edək ki, Usman Dembele 2017-ci ilin yayındaAlmaniyanın "Borussiya" (Dortmund) klubundan "Barselona"ya keçib. O daha öncə kirayədə qaldığı evin məvacibini ödəmədiyi və yaşadığı yeri pis vəziyyətdə qoyduğu üçün məhkəməyə verilib. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31