Messi məşhur türkiyəli aşbazın qonağı olub

İspaniyanın "Barselona" klubunun hücumçusu Lionel Messi türkiyəli məşhur aşbaz Nüsrət Gökçənin qonağı olub.

Argentinalı futbolçu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ailə üzvləri ilə birgə "Instagram" ulduzu olan aşbazın hazırladığı steyklərin dadına baxıb.

Dubayda Messi ilə görüşən İngiltərə təmsilçisi "Mançester Yunayted"in fransalı yarımmüdafiəçi Pol Poqba da Nüsrətin qonağı olub.

Qeyd edək ki, bunadək bir sıra tanınmış futbolçu türkiyəli aşbazın hazırladığı ət məhsulları dadıblar.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31