UEFA "Qəbələ"yə daha 250 min avro ayırıb
16 Noyabr 2018 18:12 İdmanUEFA "Qəbələ" İdman Klubuna daha250 min avro ayırıb.
Bu vəsait klubun müvafiq yaş qrupundan ibarət komandasının 2018/2019 mövsümündə UEFA Gənclər Liqasınının I mərhələsində iştirakına görə səyahət (travel and accommodation) xərci üçün nəzərdə tutulub. Ayrılmış məbləğ AFFA-nın vasitəçiliyi ilə "Qəbələ"nin hesabına köçürülüb.
Qeyd edək ki, "Qəbələ" UEFA Gənclər Liqasının I mərhələsində Moldova "Şerif"ini iki oyunun nəticəsində üstələyib - 1:1, 3:1. Daha əvvəl UEFA "qırmızı-qaralar"a "Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı" proqramı çərçivəsində 507 579,57 avro ödəyib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31