FIFA Türkiyə klubuna transfer qadağası qoyub

FIFA Türkiyənin "Kayserispor" klubunu cəzalandırıb.

Qurum Türkiyə təmsilçisinə transfer qadağası qoyub. Komanda buna görə qış transfer pəncərəsində yeni oyunçu ala bilməyəcək. 

Səbəb "Kayserispor"un 2015-2016 mövsümündə İspaniya "Malaqa"sından heyətinə qatdığı Adnan Tiqhaduiniyə əmək haqqı kimi 150 min avronun vaxtında ödəməməsidir.

Qeyd edək ki, Adnan Tiqhaduini "Kayserispor"da cəmi 7 oyuna çıxıb.

Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31