Avropanın yaş ortalamasına görə ən yaşlı futbol liqası və klubu müəyyənləşib
15 Noyabr 2018 18:04 İdmanAvropanın ən yüksək yaş ortalamasına sahib olan futbol liqaları müəyyənləşib.
Bu barədə İsveçrənin "CIES Football Observatory" şirkətinin hesabatında bildirilir.
Açıqlamada deyilir ki, Türkiyə Super Liqası 28,98 yaş ortalaması ilə qitənin ən yaşlı liqası seçilib. İkinci pillədə Kipr (28,38), üçüncü yerdə isə Rusiya Premyer Liqası (27,99) qərarlaşıb.
Ən gənc liqa isə Xorvatiya çempionatı seçilib. Burada yaş ortalaması24.64-ə bərəbərdir.
Klublarda da ən yaşlı komanda Türkiyə təmsilçisi olub. "Beşiktaş" bu göstəricidə 31.24 yaş ortalaması ilə Avropanın ən yaşlı futbol komandası olub.
Qeyd edək ki, araşdırmalar UEFA-ya üzv olan 55 ölkənin 31-də aparılıb. Azərbaycan Premyer Liqası bu siyahıya düşməyib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31