"Fənərbağça"nın yeni baş məşqçisi müəyyənləşib
15 Noyabr 2018 15:52 İdmanTürkiyənin "Fənərbağça" klubunun yeni baş məşqçisi müəyyənləşib.
İstanbul təmsilçisi hollandiyalı Ervin Kumanla müqavilə imzalayacaq.
57 yaşlı mütəxəssis mövsümün sonuna kimi komandaya rəhbərlik edəcək. O, bu mövsüm komandanın Çempionlar Liqasında iştirakını təmin etsə, daha bir il Türkiyə klubunda qalacaq.
Qeyd edək ki, Ervin Kuman "Fənərbağça"da istefaya göndərilən Filip Kokunun köməkçisi idi.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31