Dünyanın iki nömrəli sabiq qadın tennisçisi karyerasını başa vurub
15 Noyabr 2018 12:55 İdmanPolşalı tennisçi Aqneşka Radvanskakaryerasını başa vurub.
Bu barədə Qadın Tennisçilərin Assosiasiyasının (WTA) rəsmi saytı məlumat yayıb. Bildirilir ki, 29 yaşlı idmançı sağlamlığı ilə əlaqədar bu addımı atıb. O, peşəkar karyerasını bitirsə də, tennisi atmayacağını və bu idman növünün həyatının xüsusi bir hissəsi olduğunu vurğulayıb.
Qeyd edək ki, Aqneşka Radvanska 2012-ci ildə qadın tennisçilərin reytinqində ikinci pilləyə kimi yüksələ bilib. Polşalı tennisçi həmin il Uimbldon turnirinin finalında ABŞ təmsilçisi Serena Uilyamsa uduzub. O, 2015-ci ildə keçirilmiş WTA Tur Çempionatı və Hopman Kubokunun qalibi olub. Radvanska WTA-nın təşkil etdiyi turnirlərdə ümumilikdə 20 titula sahib çıxıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31