"Beşiktaş" oyunun fasiləsində plov yeyən futbolçusunu heyətdən kənarlaşdırıb
14 Noyabr 2018 17:28 İdmanTürkiyənin "Beşiktaş" klubu futbolçusuTolqay Arslanı heyətdən kənarlaşdırıb.
Buna 28 yaşlı yarımmüdafiəçinin intizamsız davranışları səbəb olub. Onun müddətsiz komandadan kənarlaşdırıldığı bildirilib.
T.Arslan Türkiyə Super Liqasının XI turunda səfərdə "Başakşehir"ə 0:1 hesabı ilə məğlub olduqları oyunun fasiləsində paltardəyişmə otağında ətli plov yeyib. İstanbul təmsilçisinin baş məşqçisi Şenol Günəş oyunçuya iradını bildirsə də, Tolqay ona cavab olaraq "oynamayacağımı bilirdim" deyib.
Qeyd edək ki, buna bənzər hadisə Azərbaycan millisində də baş verib. Yığmanın sabiq baş məşqçisi Berti Foqts 2009-cu ilin martında təlim-məşq toplanışı zamanı kənardan "fast food" yemək sifariş etdiyi üçün İlqar Qurbanovu yığmadan uzaqlaşdırıb.
REPORT
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31