Klaudio Ranyeri İngiltərə komandasının baş məşqçisi təyin olunub

İngiltərənin "Fulhem" klubunda baş məşqçi dəyişikliyi olub. 

London təmsilçisi Slavişa Yokanoviçi istefaya göndərib. Serbiyalı mütəxəssisi italiyalı Klaudio Ranyeri əvəzləyib. Onunla müqavilənin detalları barədə məlumat verilib. 

Qeyd edək ki, K.Ranyeri 2016-cı ildə "Lester"i İngiltərə çempionu edib. "Fulhem" Premyer Liqada 12 turdan sonra 5 xalla sonuncu pillədə qərarlaşıb.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31