TOPs proqramı çərçivəsində idman festivalı keçirilib

TOPs proqramının V mövsümü çərçivəsində Nizami rayonu 242 saylı məktəbdə növbəti idman festivalı keçirilib. Festival 9 noyabr Dövlət Bayraq Gününə həsr olunmuşdur.

Olaylar.az xəbər verir ki, TOPs proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və "İnkişaf Naminə İdman" İctimai Birliyinin birgə əməkdaşlığı ilə 2014-cü ildən həyata keçirilir.

Festivalda  100 nəfərə yaxın şagird, valideyn və müəllim müxtəlif idman fəaliyyətləri vasitəsi ilə öz qüvvələrini göstərmiş, bədii özfəaliyyət nümunələri ilə çıxışlar etmişlər.

Festivalı izləyənlər arasında TOPs proqramı üzrə tərəfdaş təşkilatların nümayəndələri, məktəb rəhbərliyi və şagirdlərin valideynləri də olublar.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31