"Qarabağ" Bakıya qayıda bilmədi - Reys təxirə salındı
9 Noyabr 2018 10:15 İdman"Qarabağ" komandasının Ukraynada "Vorskla" ilə keçirdiyi Avropa Liqasının qrup mərhələsinin IV turoyunundan sonra Bakıya dönüşü təxirə salınıb."Report"un məlumatına görə, Poltava hava limanından yola düşməli olan təyyarənin uçuşu bu gün saat 12:00-da gerçəkləşəcək.Səbəb kimi hava şəraitinin uçuş üçün əlverişsiz olması göstərilib.Qeyd edək ki, görüş "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 1:0.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31