"Mançester Siti" Çində klub alır
6 Noyabr 2018 14:51 İdmanİngiltərənin "Mançester Siti" klubunun rəhbərliyi Çində klub alacaq.
"Şəhərlilər" Çin Super Liqasında çıxış edən komandalardan birini "City Football Group" korporasiyasına daxil etmək istəyirlər.
"Mançester Siti" rəhbərliyi Çin klubunun alınması ilə bağlı danışıqların son mərhələsindədir. Komandanın adı göstərilməsə də, onun Çendu şəhərinin təmsilçisi olduğu ehtimal edilir.
İngiltərə təmsilçisinin rəhbərliyi hesab edir ki, bu, klubun dünyada öz brendinin tanınmasını daha da artıracaq.
Qeyd edək ki, hazırda "Mançester Siti" ilə əlaqələri olan klublar siyahısında ABŞ-ın "Nyu-York Siti", Avstraliyanın "Melburn", Uruqvayın "Torke", İspaniyanın "Jirona", Yaponiyanın "Yokohama" və "Marinos" klubları da var.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31