Boks yarışında komaya düşən idmançı dünyasını dəyişdi — VİDEO

Taylandda keçirilən boks üzrə çempionatda bədbəxt hadisə qeydə alınıb.

Başından aldığı zərbədən komaya düşən italyan idmançı xəstəxanada dünyasını dəyişib.

Muay tay və boksla məşğul olan 49 yaşlı Kristian Dacio Banqkokda keçirilən yarışda taylandlı rəqibi Don Parueanqın yumruq zərbələrindən nokauta düşüb. Aldığı zərbələrdən huşunu itirən və aparıldığı xəstəxanada iki gün komada qalan idmançı ölümə təslim olub.

Xəstəxanadan verilən açıqlamada deyilir ki, Dacionun beyni zədələnib. Muay tay üzrə çempion olan idmançının taylandlı arvadı və 5 yaşlı bir qızı var.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31