"Qarabağ" Tofiq Bəhramov stadionuna qayıdır

"Qarabağ" klubu Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb.

Müraciətdə ev oyunlarının keçirildiyi "Azersun Arena"nın işıqlandırma sistemində nasazlıqlar yarandığına və təmirə ehtiyac duyulduğuna görə "Qarabağ" və "Qarabağ-2" komandalarının növbəti matçlarının yerinin dəyişdirilməsi xahiş olunub.

Mövcud vəziyyəti araşdıran Peşəkar Futbol Liqası "Qarabağ" klubunun ev oyunları ilə bağlı aşağıdakı qərarları qəbul edib:

- I Divizionun IX turunun "Qarabağ-2" - MOİK qarşılaşması 2 noyabr 2018-ci il saat 15:00 tarixində "Azersun Arena"da keçirilsin;
- Premyer Liqanın X turunun "Qarabağ" - "Sumqayıt" görüşü 3 noyabr 2018-ci il saat 19:00 tarixində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilsin.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31