Vyetnam ilk dəfə "Formula 1" yarışına ev sahibliyi edəcək
1 Noyabr 2018 15:47 İdman"Formula 1" üzrə dünya çempionatı ilk dəfə Vyetnamda keçiriləcək.
paytaxt Hanoy 2020-ci il mövsümündə dünyanın ən populyar avtomobil idman yarışını təşkil edəcək.
Hazırkı çempionat 21 mərhələdən ibarətdir. 2018-ci il mövsümünə noyabrın 11-də keçiriləcək Braziliya və ayın 25-də baş tutacaq Abu-Dabi Qran-priləri ilə yekun vurulacaq. Almaniyanın "Mercedes" komandasının britaniyalı pilotu Lüis Hemilton artıq karyerasında 5-ci dəfə dünya çempionluğunu təmin edib.
Qeyd edək ki, 2019-cu il mövsümündə Azərbaycan Qran-prisi 26 - 28 apreldə keçiriləcək. Biletlər oktyabrın 16-dan satışa çıxarılıb.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31