"Həbib 100 milyonluq rəqib axtarır" - Menecer
1 Noyabr 2018 11:57 İdmanBizi gəlir gətirməyən döyüşlər maraqlandırmır.
Bu sözləri UFC üzrə yüngül çəkidə dünya çempionu Həbib Nurməhəmmədovun meneceri Əli Abdel-Əzizi deyib.
"Həbib dünya superulduzuna çevrilib. Həbib Putinlə, Ərdoğanla görüşür, digəri isə tövlədə alkoqol satmaqla məşğuldur. Onlar sanki fərqli planetlərdəndir. Qoy öz işləri ilə məşğul olsunlar", - menecer bildirib.
İdmançının meneceri Həbibin potensial rəqibləri məsələsinə də toxunub.
"Askren və ya Vudli Həbibə hətta toxuna bilməyəcəklər. Məni namizədlər narahat etmir, ancaq bizə 50-100 milyon dollar gəlir gətirəcək rəqib lazımdır. Askren və Vudli heç 100 min də gətirə bilməzlər", - menecer fikrini tamamlayıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31