Federasiya prezidentinə ömürlük cəza
31 Oktyabr 2018 15:16 İdmanFİFA Qana Futbol Assosiasiyasının (GFA) prezidenti Kvesi Nyantakini futbol fəaliyyətindən ömürlük kənarlaşdırıb.
Bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Nyantaki etika kodeksinin 3 bəndini pozmaqda günahkar sayılıb. Ömürlük diskvalifikasiya ilə yanaşı, o, FIFA-ya 500 min İsveçrə frankı məbləğində cərimə də ödəməlidi.
Qeyd edək ki, Kvesi Nyantaki mayda Qana prezidentinin əmri ilə həbs olunub. Həbs jurnalist Anas Aremeyaunun sənədli filmindən sonra gerçəkləşib. Həmin filmdə futbol məmurlarının biznesmenlərdən necə rüşvət almalarından bəhs olunur. İyunda Qana hökuməti GFA-nın bütün əməkdaşlarını işdən azad edib.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31