Klub tarixinin ən erkən qovulan baş məşqçisi
30 Oktyabr 2018 18:14 İdmanBu gün "Real Madrid" klubundan istefaya göndərilən baş məşqçi Xulen Lopetegi tarixə düşüb.
Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Florentino Perezin kluba prezidentlik etdiyi dövrdə postundan ən erkən qovulan baş məşqçi olub.
Madrid Realının antirekordçusu 52 yaşlı Lopategi "kral klubu"nda sadəcə 139 gün çalışa bilib.
Qeyd edək ki, bundan əvvəl "Real"da ən qısa müddət baş məşqçilik etmiş şəxs daha bir ispan Xose Antonio Kamaço olub. O, fəaliyyətə başladıqdan 149 gün sonra klubdan qovulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31