İspaniyada futbol federasiyasının vitse-prezidenti saxlanılıb

İspaniya Kral Futbol Federasiyasının (RFEF) vitse-prezidenti Andreu Subies Mülki Qvardiya tərəfindən saxlanılıb.

Yerli KİV vitse-prezidentin və digər şübhəli şəxslərin antikorrupsiya istintaqı çərçivəsində saxlandıqlarını bildirib.

Saxlama A.Subiesin daha əvvəl rəhbərlik etdiyi Kataloniya Futbol Federasiyasının ofisində aparılan axtarışlardan sonra baş tutub.

İstintaqın versiyasına görə, RFEF-in sabiq prezidenti Anxel Mariya Vilyar qanunsuz olaraq seçkilərdə ona kömək edilməsi məqəsdilə regional federasiyaları maliyyələşdirib, A.Subies isə ona bu işdə yardım edən şəxs olub.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31