Braziliyalı futbolçu qətlə yetirildi
30 Oktyabr 2018 15:11 İdmanBraziliyanın 2-ci liqa təmsilçisi "San-Bento" klubunun yarımmüdafiəçisi Daniel Korrea Freytas evində ölü tapılıb.
Onun boğazından aldığı 2 bıçaq zərbəsi ilə qətlə yetirildiyi məlum olub.
Klubdan verilən açıqlamada futbolçunun ailəsinə və yaxınlarına başsağlığı verilib.
Qeyd edək ki, müqavilə ilə "San-Paulu" klubuna məxsus olan 24 yaşlı futbolçu iki mövsümdür "San-Bento"da forma geyinirdi.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31