“Baku Open Cyber Cup” turniri keçirildi

"İnnovasiya həftəsi" çərçivəsində "Baku Open Cyber Cup" kiber idman turniri təşkil edilib.

"İnnovasiya həftəsi" çərçivəsində "Baku Open Cyber Cup" kiber idman turniri təşkil edilib.

"OLAYLAR" xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Heydər Əliyev Mərkəzinin və "Microsoft Azerbaijan" şirkətinin tərəfdaşlığı ilə Azərbaycan Kiber İdman Federasiyası tərəfindən keçirilən  turnirdə "Xbox" platformasında iki oyun növü "FIFA 19", "Mortal Kombat" üzrə yarışlar olub. Turnirdə 15 yaşdan yuxarı şəxslər iştirak edib.

Hər bir oyun növü üzrə seçilmiş 32 iştirakçı Heydər Əliyev Mərkəzində keçirilən turnirdə öz  gücünü sınayıb. Olimpiya sistemi üzrə keçirilən oyunlardan sonra qaliblər müəyyənləşdirilib.  Yarışın qalibləri pul mükafatı ilə təltif edilib.

Turnir çərçivəsində Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası tərəfindən "Robofutbol" yarışları da təşkil olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31