“Real”ın baş məşqçisi bu gün istefaya göndəriləcək
29 Oktyabr 2018 12:02 İdmanBu gün İspaniyanın "Real" klubunun baş məşqçisi Xulen Lopeteqi istefaya göndəriləcək.
Buna səbəb "Real"ın La Liqanın X turunda əzəli rəqib "Barselona"ya böyük hesablı məğlubiyyətdir (1:5).
Yerli mətbuatın iddiasına görə, artıq Xulen Lopeteqi futbolçularla vidalaşıb. Bu gün Madrid klubunun Müşahidə Şurasının iclası olacaq. Bundan sonra Lopeteqinin istefası açıqlanacaq. Onun yerinə italiyalıAntonio Kontenin təyin olunacağı gözlənilir.
Qeyd edək ki, "Real" tarixinin ən pis dönəmlərindən birini yaşayır. Komanda İspaniya La Liqasının turnir cədvəlində 14 xalla IX sırada qərarlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31